qar

İstanbulda güclü qara görə yollarda hərəkətə qadağa qoyulub.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə KİV-lərində məlumat yayılıb.

“Kuryerlərin və ağır tonnajlı nəqliyyat vasitələrinin səhər saat 10:00-dan etibarən yollardan istifadə etməsi qadağandır. İstanbul Böyükşəhər Bələdiyyəsinin Səyyar Trafik Xəritəsinə əsasən, şəhərin bir çox hissəsi qarla örtülü olsa da, Avropa tərəfində nəqliyyat sıxlığı 78%, Anadolu tərəfində 85% və şəhər miqyasında 80% olaraq ölçülüb”, – deyə əlavə olunub.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: