cb48bf1f 2c4c 32a2 8d0d 291cf9fb09fb 825

Türkiyə Suriyada əldə edilən atəşkəs və tam inteqrasiya sazişini müsbət qiymətləndirib.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin Suriyada əldə edilən atəşkəslə bağlı bəyanatında deyilir.

Qeyd olunub ki, sözügedən razılaşma Suriyanın ərazi bütövlüyü və milli birliyi əsasında ölkədə sabitliyin təmin olunmasına yönəlmiş səyləri daha da sürətləndirə bilər.

Bəyanatda vurğulanıb ki, Suriyanın gələcəyi terrorizm və parçalanma deyil, birlik, həmrəylik və inteqrasiya üzərində qurulmalıdır.

Nazirlik Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraanın yanvarın 18-də elan etdiyi atəşkəs və tam inteqrasiya sazişinin ölkədə təhlükəsizlik və sabitliyin bərqərar olunmasına effektiv töhfə verəcəyinə ümid etdiyini bildirib.

Paylaş: