Xəbər verdiyimiz kimi, Ramzan Kadırovun kiçik oğlu Adam Kadırovun avtomobil qəzasına düşməsi ilə bağlı iddialar yayılıb. İddiaların fonunda Çeçenistan istiqamətində Moskvadan iki tibbi reys həyata keçirilib.
Globalinfo.az xəbər verir ki, “Flightradar24” məlumatlarına əsasən, tibbi təyinatlı BAe 125-700A tipli biznes-jet (bort nömrəsi RA-02808)
Moskvanın Jukovski hava limanından havaya qalxaraq cənub istiqamətində hərəkət edib.
Bundan əlavə, Qroznı ərazisində Rusiyanın Fövqəladə Hallar Nazirliyinə məxsus, tibbi təxliyə üçün istifadə olunan An-148-100ЕМ tipli təyyarə (SUM9108 reysi) qeydə alınıb.

Aysel Əliyeva
Globalinfo.az