2 42

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Almaniyaya səfəri zamanı iki alman siyasətçini qarışdırıb.

Globalinfo.az xəbər verir ki, Avropa diplomatiyasının rəhbəri yanvarın 13-də Berlinə səfər edərək Almaniyanın müdafiə naziri Boris Pistorius və Bundestaqın Xarici əlaqələr komitəsinin sədri Armin Laşet ilə görüşüb.

Kallas görüşlə bağlı instaqramda paylaşım etsə də, fotonun şərh bölümündəki yazıda səhvə yol verib və siyasətçilərin kim olduğunu qarışdırıb. Laşeti Pistorius, Pistoriusu isə Laşet kimi təqdim edib.

Qeyd edək ki, bu, alman siyasətçilərə qarşı ilk belə hadisə deyil. Belə ki, Pistoriusla Laşetin oxşarlığı uzun zamandır ki, sosial mediada da internet memləri üçün mövzu olub.

6966ac1e621d26966ac1e621d317683364146966ac1e621d06966ac1e621d1 3 6966ac1e647936966ac1e6479417683364146966ac1e647916966ac1e64792 1 chuncinskoe metro 8

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: