Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Fransa Prezidenti Emmanuel Makronun Qrenlandiya ilə bağlı açıqlamasına sərt reaksiya verib.
Globalinfo.az xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsində yazıb.
Medvedev qeyd edib ki, Vaşinqton Qrenlandiyanı öz nəzarətinə götürmək qərarı versə, Avropanın ABŞ-a qarşı çıxmaq üçün real imkanı olmayacaq.
Medvedev Makronun Avropanın mümkün ABŞ təcavüzünə cavab verəcəyi ilə bağlı bəyanatını ironik şəkildə şərh edərək onu “Qalliya xoruzu” adlandırıb. O bildirib ki, Danimarkanın suverenliyi pozularsa, Avropanın görünməmiş nəticələr yaratması real deyil və sonda Qrenlandiya sadəcə ABŞ-a təslim ediləcək.
Medvedevin fikrincə, bu cür ssenari Avropa üçün təhlükəli presedent yarada bilər.
Qeyd edək ki, daha əvvəl Danimarkanın müdafiə naziri Troels Lund Poulsen Qrenlandiyada hərbi mövcudluğun artırılacağını açıqlayıb, lakin ABŞ-ın adaya hücum ehtimalının olmadığını bildirib.
Tahir Turan
Globalinfo.az