
ABŞ-a məxsus “MQ-4C Triton” pilotsuz uçuş aparatı İran sahilləri yaxınlığında uçuş həyata keçirib.
Globalinfo.az xəbər verir ki, bu barədə məlumatlar radar sistemlərində qeydə alınıb.
Məlumata görə, ABŞ Hərbi Dəniz Qüvvələrinə aid kəşfiyyat PUA-sı Fars körfəzi üzərində, İranın sahil xəttinə yaxın ərazilərdə müşahidə edilib.
Uçuşun beynəlxalq hava məkanında həyata keçirildiyi bildirilir.
Qeyd olunur ki, sözügedən uçuş bölgədə ABŞ–İran gərginliyinin artdığı, İranda davam edən kütləvi etirazlar və Vaşinqtondan gələn sərt bəyanatlar fonunda baş verib.
Safura Bənnayeva
Globalinfo.az