“Rusiya Dövlət Dumasının dörd deputatı ABŞ-a dəvət olunub”.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ Konqresmeni Anna Paulina Luna deyib.
O qeyd edib ki, artıq rusiyalı deputatlara rəsmi dəvətnamələr göndərilib:
“Biz onları sülh danışıqlarını müzakirə etmək üçün yanvar ayının sonunda Vaşinqtona səfər etməyə çağırdıq. Sülh həmişə hökm sürməlidir və müzakirələr sağlam düşüncə ilə aparılmalıdır”.
Anna Paulina Luna həmçinin ABŞ dövlət katibi Marko Rubioya bu məsələdə göstərdiyi köməyə görə təşəkkür edib.
Əliyar Xəlil
Globalinfo.az