BF8ABA13 5877 4168 8C46 2AEB1773D12B

Karakas Venesuelada konstitusiya quruluşunun qorunmasına verdiyi dəstəyə görə Rusiyaya minnətdarlığını bildirib.

Globalinfo.az xəbər verir ki, bu barədə Venesuelanın xarici işlər naziri İvan Gil Teleqram kanalında paylaşım edib.

Nazirin açıqlamasında vurğulanıb ki, Venesuela xalqının öz müqəddəratını təyin etməsinə hörmət göstərilməsi və neokolonial maraqlarla motivasiya olunan qanunsuz, dağıdıcı xarici müdaxilələrin qəti şəkildə rədd edilməsi xüsusi əhəmiyyət daşıyır. Gil bu mövqeyə görə Rusiya tərəfinə təşəkkür edib.

Bundan əvvəl Rusiya Venesuelanın atdığı addımları, eləcə də Delsi Rodrigezin ölkənin səlahiyyətli prezident nümayəndəsi kimi and içməsini dəstəklədiyini açıqlayıb.

Tahir Turan
Globalinfo.az

Paylaş: