İranda etirazçılarla polis arasında yaşanan qarşıdurma nəticəsində ölənlərin sayı 35-ə çatıb.
Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ-da yerləşən İnsan Haqları Fəalları Xəbər Agentliyi (HRANA) məlumat yayıb.
Bir həftədən çox davam edən etirazlarda 1200-dən artıq insanın saxlanıldığı bildirilir.
“29 etirazçı, 4 uşaq və İran təhlükəsizlik qüvvələrinin iki əməkdaşı öldürülüb. Etirazlar İranın 31 əyalətindən 27-nə yaylıb. Bazar ertəsi günü nümayişlərdə təxminən 250 polis və Keşikçilərin könüllü qüvvələrinin 45 üzvü saxlanılıb”, – agentliyin məlumatında qeyd olunur.
Safura Bənnayeva
Globalinfo.az