VACİB XƏBƏRLƏR

İranda dəhşət yaşanır: 27 əyalət qarışdı, ölənlərin sayı artdı

Özəl, Region
695ca82bbc8df695ca82bbc8e01767680043695ca82bbc8dd695ca82bbc8de

İranda etirazçılarla polis arasında yaşanan qarşıdurma nəticəsində ölənlərin sayı 35-ə çatıb. 

Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ-da yerləşən İnsan Haqları Fəalları Xəbər Agentliyi (HRANA) məlumat yayıb.

Bir həftədən çox davam edən etirazlarda 1200-dən artıq insanın saxlanıldığı bildirilir. 

“29 etirazçı, 4 uşaq və İran təhlükəsizlik qüvvələrinin iki əməkdaşı öldürülüb. Etirazlar İranın 31 əyalətindən 27-nə yaylıb. Bazar ertəsi günü nümayişlərdə təxminən 250 polis və Keşikçilərin könüllü qüvvələrinin 45 üzvü saxlanılıb”, –  agentliyin məlumatında qeyd olunur. 

Safura Bənnayeva
Globalinfo.az 

Paylaş:

Ən çox oxunan xəbərlər

Rubrika

Bizi izləyin

Xəbər axtarın
Axtarış