Venesuelanın həbs edilən prezidenti Nikolas Maduronun “Nike Tech Fleece” idman geyimində görüntülərinin sosial şəbəkələrdə yayılması moda gündəmini hərəkətə gətirib.
Globalinfo.az xəbər verir ki, sözügedən görüntülərdən sonra internetdə bu brendə maraq kəskin artıb.
Müşahidələrə görə, Google axtarış sistemində “Nike Tech” termini üzrə axtarışlar qısa müddətdə əhəmiyyətli dərəcədə yüksəlib. Sosial media istifadəçiləri Maduronun fotolarını məşhur idman geyimi reklamları ilə müqayisə edərək, bu oxşarlığı ironik və diqqətçəkən məqam kimi qiymətləndiriblər.
Mütəxəssislər hesab edirlər ki, hadisə artıq siyasi kontekstdən kənara çıxaraq “diqqət iqtisadiyyatı”nın tipik nümunəsinə çevrilib. Onların fikrincə, ciddi siyasi proseslər belə bəzən gözlənilmədən moda sənayesinə və qlobal brendlərin tanınmasına təsir göstərə bilir.
Tahir Turan
Globalinfo.az