İranda etiraz aksiyaları zamanı toqquşmalar nəticəsində ölənlərin sayı artıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb.
Bildirilib ki, şənbə günü günorta saatlarında İranın İlam əyalətində toqquşmalar zamanı 3 nəfər ölüb.
“Toqquşmalar nəticəsində daha bir neçə nəfərin də müxtəlif dərəcəli xəsarətlər alıb”, – deyə qeyd olunub.
Xatırladaq ki, İranda bir sıra şəhər və əyalətlərdə hökumətə qarşı etirazlar başlayıb.