n 1

Ucarda yol-nəqliyyat hadisəsi baş verib.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonun Qarabörk kəndi ərazisində qeydə alınıb.

Məlumata görə, “Nissan” markalı minik avtomobili hərəkətdə olarkən sürücü qəfildən idarəetməni itirib və nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb. Qəza nəticəsində avtomobildə olan Mingəçevir şəhər sakinləri – 1979-cu il təvəllüdlü Gülnarə Qaçayeva və 1961-ci il təvəllüdlü Gümanə Namazova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı araşdırma aparılır.

WhatsApp Image 2026 01 03 at 15.13.51 2
WhatsApp Image 2026 01 03 at 15.13.51

Paylaş: