Rusiya Xarici İşlər Nazirliyi ABŞ-ın Venesuelaya hücumunu pisləyib.
Globalinfo.az xəbər verir ki, XİN-in bəyanatında sözügedən hücum təcavüz aktı kimi qiymətləndirilib.
“Bu səhər ABŞ Venesuelaya qarşı silahlı təcavüz aktı törədib. Bu, çox narahatedici və qınanılan bir haldır. Belı hərəkətləri haqlı çıxarmaq üçün istifadə edilən bəhanələr əsassızdır”, – bəyanatda bildirilir.
Rusiya münaqişənin həlli üçün diplomatik yolların tapılmasına çağırış edib. Həmçinin Venesuela xalqı ilə həmrəyliyini vurğulayıb.
Əliyar Xəlil
Globalinfo.az