Rusiya-Gürcüstan sərhədində yerləşən Lars sərhəd keçid məntəqəsi bağlanıb.
Globalinfo.az APA-ya istinadla xəbər verir ki, buna səbəb əlverişsiz hava şəraiti olub.
Belə ki, sərhəd keçid məntəqəsi qar uçqunu təhlükəsi səbəbindən bütün növ nəqliyyat vasitələri üçün bağlanıb.