
Rusiya xüsusi xidmət orqanları Prezident Vladimir Putinin iqamətgahına hücum edən Ukrayna dronlarından birindən uçuş tapşırığı olan faylı əldə ediblər.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Araşdırma nəticəsində müəyyən olunub ki, hücumun son hədəfi məhz Novqorod vilayətində yerləşən həmin iqamətgah olub. Ekspertiza materiallar ABŞ-a təqdim ediləcək”, – məlumatda qeyd edilib.
Safura Bənnayeva
Globalinfo.az