“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin daim əlaqə saxlayırlar”.
Globalinfo.az xəbər verir ki, bunu Türkiyənin diplomatik mənbəyi “RİA Novosti” agentliyinə deyib.
O qeyd edib ki, liderlər arasında etimada əsaslanan dialoq qurulub.
“Ankara yaxın gələcəkdə Rusiya liderinin səfərini gözləyir”, – deyə diplomat əlavə edib.
Bundan əvvəl Kremlin mətbuat katibi Dmitri Peskov mümkün olarsa, Vladimir Putinin Türkiyəyə səfərinin təşkil olunacağını bildirmişdi.
Əliyar Xəlil
Globalinfo.az