1745088522 1709967556 1709930650 zelenski

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampı Kiyevə 50 ilə qədər təhlükəsizlik zəmanəti verməyə çağırıb”.

Globalinfo.az xəbər verir ki, bu barədə “RBC-Ukraine” məlumat yayıb.

“Mən ona dedim ki, biz 30-40-50 il ehtimalını nəzərdən keçirmək istərdik. Bu olarsa, ABŞ Prezidentinin tarixi bir qərarı olacaq”, – deyə Zelenski Floridada Trampla görüşdən sonra jurnalistlərlə söhbətində bildirib.

O, Ukraynadakı müharibənin təxminən 15 ildir davam etdiyini söyləyib:

“Buna görə də Donald Trampı zəmanətlərin uzadılmasını nəzərdən keçirməyə çağırdıq”.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: