mirzoyan

Azərbaycan benzininin alınması Ermənistan vətəndaşları üçün faydalıdır.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Naziri Ararat Mirzoyan İctimai Televiziyada bildirib. O qeyd edib ki, boykot çağırışlarına baxmayaraq, növbələrin mövcud olduğunu görmək mümkündür.

Mirzoyan həmçinin vurğulayıb ki, bütün problemlər hələ də həllini tapmayıb, amma bunun zamanla öz yoluna düşəcəyinə inanılır:

Sülh bərqərar olub, əməkdaşlığa cəhdlər var”.

Qeyd edək ki, Azərbaycan 22 vaqona yüklənmiş 1220 ton Aİ-95 benzini Gürcüstan-Ermənistan dəmir yolu vasitəsilə Ermənistana çatdırıb. Bu barədə razılaşma noyabrın 28-də Qəbələ şəhərində Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev ilə Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın görüşündə əldə olunub.

Tahir Turan
Globlainfo.az

Paylaş: