694eb6a595bb1694eb6a595bb21766766245694eb6a595baf694eb6a595bb0 2

Rusiya 2025-ci il üçün nəzərdə tutulmuş hərbi cəlb planını vaxtından əvvəl tamamlayıb.

Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirilo Budanov açıqlayıb.

O bildirib ki, 2025-ci il üçün mobilizasiya planı 403 min nəfəri əhatə edib və dekabrın əvvəlində artıq bu hədəf tam yerinə yetirilib. Budanov əlavə edib ki, Rusiya 2026-cı il üçün isə 409 min şəxsin orduya cəlb olunmasını nəzərdə tutur.

Buna baxmayaraq, GUR rəhbəri qeyd edib ki, Rusiyanın hərbi cəlb prosesində ciddi çətinliklər mövcuddur. Budanovun sözlərinə görə, buna görə də Rusiya hakimiyyəti birdəfəlik ödənişləri artırmaqla insanları cəlb etməyə çalışır.

“Onlar ödənişlərin məbləğini vaxtaşırı yüksəldirlər. Hər bölgədə fərqli olsa da, bu rəqəmlər kifayət qədər böyükdür. İnsanlar bu üsulla orduya gətirilir”, – deyə Kirilo Budanov bildirib.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: