Levon Zurabyan

Ermənistan Milli Konqresi partiyasının sədr müavini Levon Zurabyan sabiq prezidentlərlə əməkdaşlıq etməyəcəyini bildirib.

Globalinfo.az xəbər verir ki, o bu barədə jurnalistlərə açıqlamasında deyib.

“Biz artıq bəyanat vermişik. Milli Assambleyada impiçment mövzusunda keçirilən dinləmələr zamanı çıxış edərkən demişəm ki, Robert Köçəryan və Serj Sərkiyanın siyasi qüvvələri ilə hər hansı əməkdaşlıq planlaşdırmırıq. Əgər bizi bir gün bir şey deyib, ertəsi gün başqa cür davranan qüvvələrə bənzədirsinizsə, yanılırsınız. Biz nə deyiriksə, onu da edirik”, – Zurabyan bildirib.

Qeyd edək ki, Levon Zurabyan Baş nazir Nikol Paşinyanın yerinə ən real namizədlərdən biri kimi göstərilir.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: