İsrail Baş naziri Benyamin Netanyahu bu ay sonunda ABŞ Prezidenti Donald Tramp ilə Floridada görüşəcək.
Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ və İsrail mənbələrinə istinadən məlumat yayıb.
Qeyd olunur ki, görüşün əsas mövzusu İranın ballistik raket proqramının genişləndirilməsi ilə bağlı təhlükələr və mümkün hərbi əməliyyat planları olunacaq.
Mənbələr bildirir ki, Netanyahu Trampa İranın hərəkətlərinin yalnız İsrail üçün deyil, daha geniş region və ABŞ-ın maraqları üçün də böyük təhlükə törədəcəyini izah etməyi planlaşdırır.
Qeyri-rəsmi iddialara görə, İsrail Trampdan İranın hazırda bərpa etməkdə olduğu nüvə obyektlərinə zərbə endirməyi icazə alacaq, ABŞ rəsmiləri isə belə bir icazə istənilərsə, Trampın müsbət yanaşacağını istisna etməyiblər.
Tahir Turan
Globalinfo.az