Rusiya Prezidenti Vladimir Putin Moskvanın Ukraynada seçkilərin təhlükəsizliyinin təmin edilməsi məsələsini nəzərdən keçirməyə hazır olduğunu bildirib.
Globalinfo.az xəbər verir ki, o, bu barədə canlı yayımda çıxışı zamanı danışıb. Putin qeyd edib ki, ən azı səsvermə günü Ukrayna ərazisinin dərinliklərinə hücumlardan çəkinmək mümkündür.
Eyni zamanda Rusiya Prezidenti bildirib ki, Moskva Rusiya Federasiyasında yaşayan Ukrayna vətəndaşlarının da səsvermə hüququnun təmin edilməsini tələb edəcək. Onun sözlərinə görə, hazırda Rusiyada 5–10 milyon arasında ukraynalı yaşayır və Ukraynada seçkilər keçiriləcəyi təqdirdə onların səsvermədə iştirak etmək hüququ olmalıdır.
Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl bəyan etmişdi ki, ölkədə hərbi vəziyyətin davam etməsi fonunda Prezident seçkilərinin keçirilməsi ilə bağlı qanun layihəsi hələ hazırlanmayıb.
Tahir Turan
Globalinfo.az