putin uzgun 2025

Rusiya Prezidenti Vladimir Putin Ukrayna müharibəsində ölən rus əsgərin həyat yoldaşına pensiya verilmədiyinə görə üzr istəyib.

Globalinfo.az xəbər verir ki, o bu barədə mətbuat konfransında danışıb.

“Bu cür məsələləri həll etməli olan qurumların ləngliyinə görə sizdən üzr istəyirəm. Xahiş edirəm, bizi bağışlayın.

Sizi əmin edirəm ki, bu, tez bir zamanda həll ediləcək”, – Putin bildirib.

Qeyd edək ki, 2025-ci ilin iyulunda Putin döyüş bölgəsindən qayıtmayan əsgərlərin ailələrinə 30 gün ərzində ödəniş edilməsini nəzərdə tutan qanun imzalayıb.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: