Rusiya Silahlı Qüvvələri Ukraynanın Odessa vilayətində yerləşən hərbi obyektə zərbə endirib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Rus Baharının Müharibə Müxbirləri” (RusVesna) Teleqram kanalı məlumat yayıb.
Məlumata əsasən, zərbə Belqorod-Dnistrovski şəhəri ərazisində yerləşən hədəfə endirilib. Hadisə ilə bağlı əlavə detallar açıqlanmayıb.
Xatırladaq ki, dekabrın 14-də Rusiya Hava-Kosmik Qüvvələrinə məxsus Su-34 bombardmançı təyyarələri xüsusi hərbi əməliyyatın başlanmasından bəri ilk dəfə olaraq Odessa vilayətinə universal sürüşmə və korreksiya modulu ilə təchiz olunmuş aviasiya bombalarından istifadə edib.
Tahir Turan
Globalinfo.az