WhatsApp Image 2025 12 14 at 20.06.40

Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının Rusiyaya, xüsusilə də Çeçenistan ərazisinə çatmasının qarşısını almaq üçün bütün mümkün tədbirlərin görüləcəyini bəyan edib.

Globalinfo.az xəbər verir ki, o, bu açıqlamanı Qroznı Dövlət Televiziya və Radio Yayımları Şirkətinin efirində region sakinləri ilə keçirilən canlı sual-cavab zamanı səsləndirib.

Kadırov bildirib ki, təhlükəsizlik məsələləri respublika rəhbərliyi üçün prioritet olaraq qalır.

“Onların Rusiyaya və xüsusən də Çeçenistan Respublikasına uçmasının qarşısını almaq üçün əlimizdən gələni edəcəyik”, – deyə o vurğulayıb.

Respublika başçısı əlavə edib ki, hərbçilər və təhlükəsizlik qüvvələri gecə-gündüz əhalinin dincliyini və təhlükəsizliyini qorumaq üçün xidmət aparırlar.

Xatırladaq ki, dekabrın 5-də pilotsuz uçuş aparatının hücumu nəticəsində Qroznı şəhərində yerləşən göydələnlərdən birinə ziyan dəyib. Zərbədən sonra binanın daxilində yanğın baş verib, hadisə fövqəladə xidmətlər tərəfindən nəzarət altına alınıb.

Tahir Turan
Globalinfo.az

Paylaş: