0FgTZUYeQaehRPOSRYcm8ENURA4JSWnKUMx7FnoS 1200 1

Qarabağ” – “Ayaks” qarşılaşması rəqib komandanın qələbəsi ilə başa çatıb. 

Qarabağ” 2 – 4 “Ayaks”

***

Hesab arasındakı fərq kəskin artıb.

Globalinfo.az xəbər verir ki, “Ayaks”ın oyunçusu Oskar Qlox (90`) dördüncü qolu vuraraq hesab arasındakı fərqi 2-yə qaldırıb.

***23:24

“Ayaks” üçüncü qolunu vurub. 

Globalinfo.az xəbər verir ki, Anton Qaey (83`) üçüncü qolu vurmaqla komandasını hesabda irəli aparıb.

***23:20

Qarabağ” və “Ayaks” qarşılaşmasında hesab yenidən bərabərləşib. 

Globalinfo.az xəbər verir ki, oyunun dördüncü, rəqib komandanın isə ikinci qoluna Oskar Qlox (79`) imza atıb.

Qeyd edək ki, bu onun Çempionlar Liqasında ilk qoludur.

***22:48

Qarabağ” oyunun ikinci hissəsinə qolla başlayıb. 

Globalinfo.az xəbər verir ki, komandamızın ikinci qolunun müəllifi 47-ci dəqiqədə Mateus Silva olub.

***

Oyunda ilk hissə başa çatıb. 

Globalinfo.az xəbər verir ki, komandalar fasiləyə bərabər hesabla çıxıblar.

Qarabağ” 1 – 1 “Ayaks”

***22:27

Qarabağ” – “Ayaks” qarşılaşmasında ikinci qol vurulub. 

Globalinfo.az xəbər verir ki, oyunun 39-cu dəqiqəsində Kasper Dolberq hesabı bərabərləşdirib.

***21:55

Qarabağ” oyunda ilk qola imza atıb. 

Globalinfo.az xəbər verir ki, 10-cu dəqiqədə Kamilo Duran rəqib qapısından qol keçirib.

***21:45

QarabağUEFA Çempionlar Liqasının əsas mərhələsində Niderlandın “Ayaks” klubu ilə üz-üzə gəlir.

Globalinfo.az bildirir ki, Liqa mərhələsinin VI turunun oyunu Tofiq Bəhramov adına Respublika stadionunda keçirilir.

Qeyd edək ki, Azərbaycan klubu hazırda turnir cədvəlində 7 xalla 21-ci pillədə qərarlaşıb. Əvvəlki beş qarşılaşmanın hamısında məğlub olan qonaqlar sıfır xalla sonuncu-36-cı sıradadır.

Paylaş: