1755087876 1748620508 824819 tramp 2025 gettyimages 2192426947 ca6769b349f3223b67864b1d1d21ea7c 1200x675 1748611852 900x506 2

“Floridanın Mayami şəhərində keçirilən mer seçkilərində demokratlar 28 il sonra qalib gəlib. Demokrat Eilin Higgins ABŞ Prezidenti Donald Trampın dəstəklədiyi respublikaçı Emiliano Qonzalez üzərində 19% fərqlə (59-40) qələbə qazanıb”.

Globalinfo.az xəbər verir ki, bunu siyasi şərhçi Şahin Cəfərli deyib.

O bildirib ki, Florida prezident seçkilərində ənənəvi olaraq respublikaçı namizədə səs verir:

“Mayami ştatın ikinci böyük şəhəridir. Ötən dəfəki mer seçkilərini respublikaçılar düz 67% fərqlə qazanmışdı. Lakin Tramp hazırda o qədər qeyri-populyardır ki, “qırmızı” ştatlarda demokratların səsləri xeyli yüksəlib. Bu isə 2026-cı il Konqres seçkilərində “mavi dalğa” ehtimalını artırır”.

Ekspert qeyd edib ki, Tramp hazırda Rusiya Prezidento Vladimir Putinlə bərabər Ukraynanı əlverişsiz sülhə məcbur edərək özü üçün uğur hekayəsi düzəltməyə çalışır:

“Cəbhədə Ukrayna ordusunun uğurla müqavimət göstərməyə davam etdiyi bir şəraitdə ABŞ administrasiyasının bu mövqeyi qeyri-əxlaqi və qəbuledilməzdir”.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: