İstefa verən Andrey Yermakın yerinə Prezident Aparatına tezliklə yeni rəhbər təyin ediləcək.
Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski ənənəvi axşam videomüraciəti zamanı danışıb.
Zelenski bildirib ki, o, dekabrın 4-də bu vəzifəyə namizədlərlə əlavə görüşlər keçirib.
“Yeni ofis rəhbəri ilə bağlı qərar tezliklə veriləcək”, – deyə söz verib.
Qeyd edək ki, noyabrın 28-də Andrey Yermak Zelenskinin ofisinin rəhbəri vəzifəsindən istefa verib. Hadisədən bir neçə saat əvvəl Ukrayna Milli Antikorrupsiya Bürosunun müstəntiqləri onun evində axtarış aparıblar.
Bildirilir ki, Zelenski öz ofisinin rəhbəri postuna altı namizədi nəzərdən keçirir.
Tahir Turan
Globalinfo.az