918698 src

“Mən 2022-ci ilin əvvəlində, yəni müharibənin ilk mərhələsində Ukrayna Prezidenti Zelenskiyə necə davranmalı olduğunu dedim”.

Globalinfo.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko qeyd edib.

“Əgər Ukrayna Minsk razılaşmalarını yerinə yetirsəydi, bu müharibə baş verməzdi. Ukrayna da 1991-ci il sərhədləri daxilində qalardı. Amma Zelenski reallıqlara baxmaq istəyirsə, bir daha deyirəm: Ukraynanın hazırkı sərhədlərini qoruyub saxlaması üçün danışıqlara getməsi lazımdır. Danışıqları pozmaq olmaz”, – Lukaşenko rusiyalı jurnalist Pavel Zarubinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Zelenskinin hələlik dənizə çıxışı var, amma bu, bir anda yox ola bilər:

“Ona görə də hər şeyi ölçüb-biçmək və düzgün qərar vermək lazımdır. Belə getsə, Odessa və Nikolayevi də itirəcək”.

Lukaşenko həmçinin, Ukraynanın ABŞ tərəfindən hazırlanmış “sülh planı”na razılıq verməli olduğunu deyib:

“Bir daha vurğulayıram. Biz Rusiyanın Ukrayna ilə sülh sazişi üzrə atdığı addımları dəstəkləyirik. Əgər amerikalılar məsələyə diplomatik və hüquqi cəhətdən yanaşsalar, bu razılaşma əldə olunacaq. Çünki əsas məsələlər artıq razılaşdırılıb”, – Zelenski vurğulayıb

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: