ABŞ Vaşinqtonun mərkəzində baş verən atışmadan sonra Əfqanıstan vətəndaşlarının bütün immiqrasiya müraciətlərinə baxılmasını müvəqqəti olaraq dayandırıb.
Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidmətinin (USCIS) mətbuat xidməti məlumat yayıb.
“Biz təhlükəsizlik və yoxlama protokollarının sonrakı nəzərdən keçirilməsini gözləyirik. Ona görə də proses qeyri-müəyyən müddətə dərhal dayandırılır”, – bəyanatda deyilir.
Mətbuat xidməti bildirib ki, Amerika vətəndaşlarının müdafiəsi və ölkənin təhlükəsizliyi departamentin əsas vəzifələridir.
Qeyd edək ki, noyabrın 26-da Vaşinqtonda, Ağ Evdən bir qədər aralıda atışma baş verib, iki Milli Qvardiyanın əməkdaşı yaralanıb. Şübhəli saxlanılıb, Ağ Ev mühasirəyə alınıb.
Hadisədən sonra ABŞ prezidenti Donald Tramp məhbusun Əfqanıstandan gəldiyini təsdiqləyən açıqlama verib.
Əliyar Xəlil
Globalinfo.az