IMG 9235

ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə ErmənistanAzərbaycan münaqişəsi barədə keçmiş telefon danışığını xatırladığını bildirib.

Globalinfo.az xəbər verir ki, o, bu barədə Vaşinqtonda keçirilən ABŞ-Səudiyyə Ərəbistanı Biznes Forumunda çıxışı zamanı danışıb.

Tramp həmin dövrdə regionda baş verənlərə diqqət çəkib:

Azərbaycan… Orada nə baş verdiyini bilirsiniz. Bu, illərdir davam edən bir məsələ idi”.

Onun sözlərinə görə, Putin zəng edərək ABŞ-ın münaqişənin həllindəki roluna təəccübləndiyini bildirib:

Putin mənə zəng edib dedi: “İnanmıram ki, münaqişəni həll edə bildiniz. Biz bunu uzun müddətdir həll etməyə çalışırıq”.

Tramp isə cavabında sərt ifadələr işlətdiyini deyib:

“Mən də dedim: “Narahat olma, qoy sənin müharibəni mən həll edim. Mənə sənin köməyin lazım deyil və bu məsələdə dəstəyinə ehtiyac görmürəm”.

Tahir Turan
Globalinfo.az

Paylaş: