Rusiya Xarici İşlər Nazirliyi Ukrayna ilə sülh müqaviləsinin imzalanması ilə bağlı ABŞ-dan məlumat almayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
Ancaq Reuters agentliyinin Kiyevdəki mənbəyə istinadən verdiyi məlumata görə, Ukrayna bu yaxınlarda ABŞ-dan Rusiya ilə müharibəyə son qoymaq üçün “siqnal” alıb. Lakin sülh planının konkret detallarının müzakirələrində iştirak etməyib.
“Politico” nəşri Ağ Evin yüksək vəzifəli rəsmisinə istinadən bildirir ki, müharibənin həlli üçün çərçivə sazişi hər iki ölkə tərəfindən bu həftənin əvvəlində razılaşdırıla bilər. Mənbə qeyd edir ki, Ukrayna və Avropa ölkələri sazişin parametrlərinin hazırlanmasında iştirak etmir.
Onun sözlərinə görə, Ağ Ev böyük bir sülh müqaviləsi təqdim etmək üzrədir.
Əliyar Xəlil