Xalq artistinin dəfn yeri dəyişdirildi – YENİLƏNİB

Xalq artistinin dəfn yeri dəyişdirildi - YENİLƏNİB

Xalq artisti Roza Cəlilovanın dəfn yeri dəyişdirilib.

Globalinfo.az xəbər verir ki, bu barədə APA-ya nəvəsi Lalə Aslanur bildirib.

O qeyd edib ki, nənəsi vəsiyyətinə əsasən II Fəxri xiyabanda deyil, Qurd qapısı qəbiristanlığında – qardaşının yanında dəfn olunacaq.

Xatırladaq ki, Roza Cəlilova ilə vida mərasimi Təzə Pir məscidində keçiriləcək.

***

Xalq artisti Roza Cəlilova II Fəxri xiyabanda dəfn olunacaq

Globalinfo.az bildirir ki, bu barədə APA-ya nəvəsi Lalə Aslanur məlumat verib.

***09:51

Xalq artisti, 97 yaşlı rəqqasə Roza Cəlilova vəfat edib.

Globalinfo.az bakupost.az-a istinadən xəbər verir ki, hadisə sənətkarın yaşadığı mənzildə – Bakının Səbail rayonunda T. Elçin küçəsi 5 ünvanında qeydə alınıb.

Məlumata görə, Roza Cəlilova həkimə çatdırılmadan əvvəl vəfat edib.

Faktla bağlı araşdırma aparılır.