“Livan şiələri mənim məsuliyyətimdir, sizin yox” – İrana sərt xəbərdarlıq

“Livan şiələri mənim məsuliyyətimdir, sizin yox” – İrana sərt xəbərdarlıq

Livan dövlət başçısı Cozef Aun İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Laricaniyə sərt şəkildə xitab edərək, Livan şiələrinin onun məsuliyyətində olduğunu bildirib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Mehr News” məlumat yayıb.

Aunun sözlərinə görə, bu söhbətdən sonra İran rəsmisi başqa bir görüş istəyib, lakin rədd cavabı alıb.

Livan ordusunun ölkədəki silahlara nəzarət edə bilməməsi ilə bağlı xəbərləri şərh edən Prezident (xüsusən də Hizbullahın tərksilahına istinad edərək) ordunun xalqın legitimliyinə və dəstəyinə sahib olduğunu və hökumətin öz ərazisinin hər qarışında öz hakimiyyətini bərqərar edəcəyini vurğulayıb.

Tahir Turan
Globalinfo.az