1755087876 1748620508 824819 tramp 2025 gettyimages 2192426947 ca6769b349f3223b67864b1d1d21ea7c 1200x675 1748611852 900x506 3

ABŞ Prezidenti Donald Tramp İranın Vaşinqtonla razılaşma əldə etməyə çox həvəsli olduğunu açıqlayıb. O, əlavə edib ki, özü belə bir perspektivə tamamilə açıqdır.

Globalinfo.az xəbər verir ki, Tramp bu açıqlamanı Ağ Evdə Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salmanla danışıqlara başlamazdan əvvəl jurnalistlərin suallarını cavablandırarkən verib.

“Düşünürəm ki, onlar razılaşma əldə etməyə çox həvəslidirlər. Mən buna tamamilə açığam. Biz onlarla danışırıq və prosesə başlayırıq. Artıq iki tərəf arasında ilkin təmaslar aparılır”, – Tramp vurğulayıb.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: