Putin Ukraynadakı müharibəni görün hansı döyüşlə müqayisə etdi

Putin Ukraynadakı müharibəni görün hansı döyüşlə müqayisə etdi

Vladimir Putin Ukraynada iştirak edən hərbçilərin arxasında Stalinqrad döyüşünün iştirakçıları kimi Rusiyanın dayandığını deyib.

Globalinfo.az xəbər verir ki, o, bu fikirləri “Stalinqrad” adlı atom buzqıranının təməlqoyma mərasimində səsləndirib.

Putin tədbirdə iştirak edən Stalinqrad döyüşü veteranına müraciətlə deyib:

“Xüsusi hərbi əməliyyatın iştirakçılarını yad etdiyiniz üçün sizə təşəkkürümü bildirirəm. Biz hamımız sizin kimi arxamızda Rusiyanın olduğunu xatırlayacağıq.”

Qeyd edək ki, Stalinqrad döyüşü 1942-ci ilin iyulundan 1943-cü ilin fevralına qədər Sovet qoşunları ilə nasist Almaniyası arasında gedən ən böyük döyüşlərindən biridir.

Bundan əvvəl, noyabrın 4-də Xalq birliyi gününə həsr olunan çıxışı zamanı Putin bildirib ki, Rusiya Ukraynada aparılan müharibə ilə ölkənin müstəqilliyini təmin etməklə yanaşı, milli ləyaqətini də qoruyur.

Əliyar Xəlil
Globalinfo.az