Kreml Polşanı rusofobiyada günahlandırıb. Buna səbəb Varşavanın Ukraynaya gedən dəmir yolu xəttində baş verən partlayışda Rusiyanı günahlandırmasıdır.
Globalinfo.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.
Peskovun sözlərinə görə, Polşanın Rusiyanı ittiham etməsi təəccüblü deyil:
“Rusiyanı hibrid və birbaşa müharibənin bütün təzahürlərində ittiham edirlər. Polşada isə bu məsələdə fəallıq göstərənlər çoxdur və orada rusofobiya çiçəklənir”, – Kremlin nümayəndəsi bildirib.
O əlavə edib ki, işdə iki Ukrayna vətəndaşının adının hallanması diqqətçəkəndir:
“Polşalıların, eləcə də almanların və fransızların yerində olsam, ciddi düşünərdim”.
Bundan əvvəl Polşanın baş naziri Donald Tusk dəmir yolundakı diversiya və terror təhlükəsi səbəbilə ölkənin bəzi dəmir yolu xətləri üçün həyəcan səviyyəsinin artırıldığını açıqlayıb.
Tusk həmçinin qeyd edib ki, istintaq Polşa dəmir yollarında baş vermiş diversiya aktlarına görə Rusiya xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən iki Ukrayna vətəndaşını məsul bilir.
Əliyar Xəlil
Globalinfo.az














