Ukraynanın sabiq baş naziri Yuliya Timoşenkonun “Batkivşina” Partiyası dövlət strukturlarında korrupsiya sxeminin üzə çıxması fonunda bəzi keçmiş və hazırkı nazirlərin daxil olduğu parlamentdəki müxalif qüvvələrin hökumətin istefası və yeni koalisiyanın yaradılması təklifinə qoşulub.
Globalinfo.az Teleqraf-a istinadən xəbər verir ki, o, Ukrayna müxalifətinin milli koalisiyanın yaradılması məsələsində gecikdiyini deyib.
Yuliya Timoşenko bildirib ki, milli birlik koalisiyası və hökuməti hələ 2022-ci ilin fevralında Rusiya ilə müharibə başladıqdan sonra yaradılmalı, kiçik bir siyasi qüvvənin nəzarətsiz və qeyri-peşəkar monopoliyasına son qoyulmalı idi: “Əminəm ki, Ukraynanın üzləşdiyi bu kritik vəziyyətdən çıxmağın yeganə yolu budur”.
Müxalifət partiyaları bir sıra nazirlərin istefası ilə nəticələnən korrupsiya sxenimin üzə çıxmasından sonra Prezident Volodimir Zelenski və komandasını istefaya çağırıblar.














