rustam umerov54

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov guya prezident Volodimir Zelenskiyə rəsmi işgüzar səfərdən qayıtmayacağı haqda qərarını açıqlayıb. İddia olunur ki, Umerov xaricdə olarkən ölkəyə qayıtmaqdan imtina edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı və sosial media məlumat yayıb.

Lakin Milli Təhlükəsizlik və Müdafiə Şurasının Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzi bu şayiələri təkzib edib.

Rəsmi açıqlamada Umerovun hələ də planlaşdırılan işgüzar səfərlə bağlı ABŞ-da olduğu, orada bir sıra işgüzar görüşlər və məsləhətləşmələr keçirdiyi bildirilib.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: