Şəmkir rayonunda ağır yol qəzasında ölən və yaralıların şəxsiyyəti məlum olub.
Globalinfo.az “Report”a istinadən xəbər verir ki, Şiştəpə kəndində iki avtomobilin toqquşması nəticəsində Nağıyeva Təranə Bədir qızı (1971) vəfat edib, Nağıyeva Nəzrin Vüqar qızı (2005), Nağıyeva Nəsibə Vaqif qızı (1975), Rəfiyev Mayis (1989) və Əfqanıstan vətəndaşları – Abdulvahab Əlavi (1980), Mühəmməd Mehdi Əhmdi (1984) və Səyad Nazari (1998) xəsarət alıblar.
***18:34
Şəmkirdə ölümlə nəticələn ağır yol qəzası baş verib.
Globalinfo.az xəbər verir ki, hadisə Şəmkir-Kür qəsəbə avtomobil yolunda qeydə alınıb.
Hərəkətdə olan BMW və VAZ markalı avtomobillər toqquşub. Qəza zamanı VAZ markalı avtomobilin sürücüsü 37 yaşlı Ramiz Qəhrəmanov hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.