Səhər saatlarında uşaqları ilə birlikdə avtomobil qəzası keçirən türk aktrisa Özgü Namal xəstəxanadan evə buraxılıb.
Globalinfo.az xəbər verir ki, bu barədə meneceri Gülistan Tartar danışıb.
Namal vəziyyətinin yaxşı olduğunu bildirib.
Qəza Beykoz bölgəsində səhər saatlarında baş verib. Məlumata görə, Özgü Namal və uşaqlarının olduğu avtomobil Poyrazköy yolunda digər nəqliyyat vasitəsi ilə toqquşub.
Uşaqların xəsarət almadığı hadisədə məşhur aktrisa yüngül yaralanıb və təcili yardım vasitəsilə Kavacıkda yerləşən özəl xəstəxanaya aparılıb. Burada ilkin tibbi müayinədən keçən Namal, vəziyyəti stabilləşdikdən sonra evə buraxılıb.
Qeyd edək ki, Özgü Namal daha çox “Kurtlar Vadisi” serialında “Elif” rolu ilə məşhurlaşıb.
Safura Bənnayeva
Globalinfo.az