“Ermənistan Baş nazirinin “Sərhədin delimitasiyası nəticəsində biz Artsvaşeni (Başkəndi – red.) və digər işğal olunmuş əraziləri geri qaytarmalıyıq” sözləri kontekstində Azərbaycanla ərazi mübadiləsi hələ mümkün deyil”.
Globalinfo.az xəbər verir ki, bu fikirləri Ermənistanın hakim Mülki Müqavilə partiyasından olan deputat Sərkis Xandanyan deyib.
Deputat qeyd edib ki, anklavlar məsələsi sərhədin delimitasiyası prosesində həll edilməlidir. Dövlət sərhədi haqqında saziş imzalanmalı, ratifikasiya edilməli və sərhədin müəyyənləşdirilməsi işləri aparılmalıdır. Yalnız bundan sonra Ermənistan və Azərbaycan anklavlarla bağlı məsələyə baxa bilər.
Xandanyan əlavə edib ki, ərazilərin dəyişdirilməsi yalnız referendum yolu ilə mümkündür.
Safura Bənnayeva
Globalinfo.az