690a3adfa5ac7690a3adfa5ac81762278111690a3adfa5ac5690a3adfa5ac6 4

Üç gün sonra Bakının Azadlıq Meydanında qələbəmizin 5 illiyinə həsr edilən Zəfər paradı keçiriləcək. 

Globalinfo.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, parada aparıcılıq AzTV-nin siması Mümtaz Xəlilzadəyə həvalə edilib.

Artıq aparıcı məşqlərə də başlayıb.

Budəfəki parada da müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev komandanlıq edəcək.

Qeyd edək ki, 2020-ci ilin dekabrında Bakıda, 2023-cü ilin 8 noyabrında isə Xankəndidə Zəfər paradları keçirilib.

Paylaş: