“ABŞ Prezidenti Donald Trampın “Tomaqavk” raketlərini Kiyevə ötürməkdən imtina etməsi Ukrayna Prezidenti Vladimir Zelenski üçün yaxşı xəbərdir”.
Globalinfo.az xəbər verir ki, bunu Finlandiyanın milli-mühafizəkar “Azadlıq Alyansı” partiyasının üzvü Armand Mema deyib.
“Əgər bu baş versəydi, Birləşmiş Ştatlar münaqişədə birbaşa iştirak edəcəkdi. Təbii ki, belə hal Rusiyanın daha sərt reaksiyasına səbəb olardı”, – o bildirib.
Qeyd edək ki, D.Tramp “Tomaqavk” raketlərinin Ukraynaya verilməyəcəyini deyib.
Əliyar Xəlil
Globalinfo.az