2025-2026-cı tədris ilində Ermənistanın üç dövlət məktəbində Azərbaycan dili kursları tətbiq olunacaq.
Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistanın “Panorama.am” saytı Ermənistan Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinə istinadən məlumat yayıb.
Proqrama əsasən, 10-12-ci sinif şagirdləri üçün Azərbaycan və türk dilləri, 5-ci sinifdən etibarən isə fars və gürcü dilləri tədris olunacaq. Proqram könüllü olacaq və ixtisaslı müəllimlərin mövcudluğundan asılı olacaq.
Təşəbbüs dövlət təhsil proqramı çərçivəsində həyata keçirilir.













