Təbrizdə təyyarə binaya çırpıldı

Təbrizdə təyyarə binaya çırpıldı

Təbriz hava limanına enən ultra yüngül təyyarə kursdan çıxıb və hava limanının binasına çırpılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

Nəşr yazır ki, təyyarədə olan pilit sağ qalıb. Məlumata görə, pilot uçuş enmə zolağına enərkən idarəetməni itirib. Nəticədə təyyarə yaxınlıqdakı binaya çırpılıb.

Qəza zamanı təyyarəyə ciddi ziyan dəysə də, pilot heç bir yara almayıb.

Əliyar Xəlil
Globalinfo.az