de783e20 cf631a2b0623eaad6416a19c4577bcb6

Rusiya Prezidenti Vladimir Putin Mavrikidəki səfir İradə Zeynalovaya fövqəladə və səlahiyyətli səfir rütbəsi verib. 

Globalinfo.az bildirir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Kreml rəhbəri Zeynalovaya xüsusi diplomatik rütbənin verilməsi üçün fərman imzalayıb.

Qeyd edək ki, keçmiş jurnalist olan İradə Zeynalova 2024-cü ildə Mavrikiyə səfir təyin edilib. Bundan sonra jurnalist karyerasını bitirdiyini açıqlayıb. Onun Rusiya Prezidenti tərəfindən təltif edilməsi böyük maraqla qarşılanıb.

Zeynalovanın atası Avtandil Zeynalov azərbaycanlı, anası rusdur. O, Moskvada doğulub və böyüyüb. İradə Zeynalova səfir təyin edildiyi zaman kimi Rusiyanın məşhur jurnalistlərindən biri olaraq tanınıb.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: