Screenshot 2025 10 30 222534

İranın xarici işlər naziri Abbas Əraqçi rəsmi tədbir zamanı 40 il əvvəl Xarici İşlər Nazirliyinin Beynəlxalq Münasibətlər İnstitutunda ona dərs demiş Abdurrəsul Xeyrəndişlə görüşüb.

Globalinfo.az xəbər verir ki, görüş zamanı maraqlı bir an yaşanıb. Belə ki, nazir müəlliminin əlini öpməyə çalışıb, lakin Xeyrəndiş buna icazə verməyib.

Əraqçinin bu jesti sosial şəbəkələrdə böyük rəğbətlə qarşılanıb. Minlərlə istifadəçi onun bu davranışını alqışlayaraq, keçmiş müəlliminə göstərdiyi hörməti nümunə kimi qiymətləndirib.

Paylaş: