Biz üç dövlət, bir millətik! – Gilani

Biz üç dövlət, bir millətik! – Gilani

“Buradan sizə Pakistan hökumətinin, parlamentinin və xalqının səmimi salamlarını çatdırıram. Eyni zamanda, bizə göstərilən səmimi qonaqpərvərliyə, isti qarşılanmaya və diqqətə görə dərin minnətdarlığımı bildirirəm”.

Globalinfo.az xəbər verir ki, bunu Milli Məclisdə keçirilən “Konstitusiya müasir dünyada dövlətlərin müstəqilliyinin və suverenliyinin təməli kimi” mövzusuna həsr olunmuş beynəlxalq parlament konfransında Pakistan Senatının sədri Səid Yusif Rza Gilani deyib.

“Hazırda dəyişikliklərin, mürəkkəb proseslərin və qarşıdurmaların baş verdiyi bir dünyada yaşayırıq. Belə bir şəraitdə Konstitusiya dövlətlə xalq arasında bir körpü rolunu oynayaraq sabitlik və davamlılıq üçün möhkəm təməl yaradır.

İcazə verin, Azərbaycanın təcrübəsinə xüsusi diqqət yetirim. Prezident İlham Əliyevin uzaqgörən rəhbərliyi sayəsində ölkədə konstitusion milli birliyin, sabitliyin və vətəndaş həmrəyliyinin qorunması istiqamətində mühüm nəticələr əldə edilmişdir. Azərbaycan bu gün regionda və dünyada dinamik inkişaf edən, sabitliyini qoruyan bir ölkə kimi tanınır.

Mən Azərbaycanı səmimi qəlbdən təbrik edirəm — Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsinin 30 illiyi münasibətilə keçirilən bu mötəbər parlament konfransında iştirak etmək mənim üçün böyük şərəfdir.

Biz üç dövlət, bir millətik: Azərbaycan, Pakistan və Türkiyə”, – Gilani deyib.

Safura Bənnayeva
Globalinfo.az